Bank Of Baku

Belarus parlamentinə seçkilər keçirilib

Belarus parlamentinə seçkilər keçirilib
# 24 sentyabr 2012 07:53 (UTC +04:00)
Bakı-APA. Bazar günü 110 yerlik Belarus parlamentinə keçirilən seçkilər nəticəsində 109 nəfər deputat mandatı qazanıb. APA-nın məlumatına görə, Belarus MSK-nın sədri Lidiya Yermoşina yalnız bir dairədə alternativ olmadığına görə, seçkilər baş tutmamış sayılıb. Həmin seçki dairəsində təkrar seçkilər keçiriləcək.

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 74,3 faizi iştirak edib. MSK sədri seçkilərdə müxalifət namizədlərindən kiminsə parlamentə seçildiyinə şübhə ilə yanaşıb və bu barədə hələlik məlumatı olmadığını deyib. Xatırladaq ki, seçkilərdən əvvəl Belarus Xalq Cəbhəsi və Birləşmiş Vətəndaş Partiyası prosesdə iştirakdan imtina ediblər. Daha üç müxalifət partiyası seçkilərin nəticələrini tanımadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR