Bank Of Baku

Rusiya XİN: BMT Gürcüstan həbsxanalarında baş verən hadisələrə qiymət verməlidir

Rusiya XİN: BMT Gürcüstan həbsxanalarında baş verən hadisələrə qiymət verməlidir
# 24 sentyabr 2012 11:34 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “BMT Gürcüstan həbsxanasında baş verən hadisəyə qiymət verməlidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin insan hüquqları və demokratiya üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanda baş verən hadisələrin dramatik inkişafını narahatlıqla izləyir: “Moskva ümid edir ki, BMT-nin işgəncələr üzrə Komitəsi, habelə İşgəncələr üzrə Avropa Komitəsi Gürcüstanda məhbuslara qarşı işgəncə hallarını qiymətləndirəcək. Biz Gürcüstan penitensiar sistemində həqiqətən hərtərəfli və qərəzsiz araşdırma aparılacağına və bu hadisəyə görə, məsuliyyət daşıyanların cəzalarını alacaqlarına inanırıq. Gldani həbsxanasında baş verənlərlə bağlı videogörüntülərin mətbuatda yayılması bir daha Gürcüstan hakimiyyətinin insan hüquqlarının və qanunun aliliyinin qorunmasını nə dərəcədə təmin etməsini sübut edir”.

Qeyd edək ki, Tiflisdə məlum hadisə ilə bağlı etiraz aksiyaları keçirilir. Gürcüstan Daxili İşlər Nazirliyi Gldani həbsxanasındakı işgəncə faktı ilə əlaqədar 10-a yaxın şəxsi həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR