Bank Of Baku

Rusiya genetik modifikasiya olunmuş qarğıdalının idxalına qadağa qoyub

Rusiya genetik modifikasiya olunmuş qarğıdalının idxalına qadağa qoyub
# 25 sentyabr 2012 01:22 (UTC +04:00)
Bakı-APA. Rusiya genetik modifikasiya olunmuş qarğıdalının NK603 idxalına qadağa qoyub.
APA-nın RİA Novisti agentliyinə istinadən verdiyi xəbərə görə, bu qərar İtaliya və Fransa alimlərinin apardığı tədqiqatlarda genetik modifikasiya olunmuş qarğıdalının orqanizmə mənfi təsir etməsinin aşkar edilməsindən sonra qəbul edilib. Qadağa aparılan tədqiqatlar barədə tam məlumat əldə edilənə qədər qüvvədə olacaq. Eyni zamanda Rospotrebnadzor tədqiqatın nəticələrin nə dərəcədə etibarlı olması barədə Rusiya Elmlər Akademiyasının Qida Məhsulları İnstitutuna sorğu göndərib. Bununla yanaşı Avropa Komissiyasının səhiyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Baş direktorundan xahiş olunub ki, bu problemlə bağlı ümumavropa mövqeyini açıqlasın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR