Bank Of Baku

Afinada polisə hücum edən 120 nəfər saxlanılıb

Afinada polisə hücum edən 120 nəfər saxlanılıb
# 26 sentyabr 2012 20:41 (UTC +04:00)
Bakı-APA. Afina polisi hökumətin sərt qənaət tədbirlərinə və büdcə ixtisarlarına qarşı keçirilən etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, polis 120 nəfər etirazçını saxlayıb. Parlament binasının qarşısında yığışan etirazçılar polis əməkdaşlarına daş və yandırıcı maddə ilə butulkalar atıblar.
Qeyd edək ki, bu gün Yunanıstanda ümummilli 24 saatlıq tətil keçirilir. Afinanın mərkəzində keçiriləm yürüşdə 50-100 min nəfər iştirak edib.
Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni kredit almaq üçün yeni qənaət və büdcə məhdudlaşdırılması tədbirlərini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR