Moldova prezidenti Rusiyadan Dnestryanı bölgədən qoşunlarını çıxarmağı tələb edib
27 sentyabr 2012 15:58 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Moldova prezidenti Nikolay Timofti Rusiyadan Dnestryanı bölgədən qoşunlarını çıxarmasını istəyib. APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Məlumatda bildirilir ki, Moldova prezidenti BMT-nin 67-ci sessiyasında çıxışı zamanı bütöv Moldavanın qurulmasından başqa alternativin olmadığını söyləyib: “Bunu bütün beynəlxalq tərəfdaşlarımız bilir. İnamsızlığın öhdəsindən gəlmək üçün 20 il yetərlidir. İndi ortaq gələcəyimizi qurmaq zamandır. Dnestryanı bölgədə hazırkı vəziyyətin uzun müddət davam etməsi imkansızıdır. Bu bölgə Moldovanın tərkibində xüsusi bir bölgə olmalıdır. Onlara özlərini idarə hüququ verilə bilər. 5+2 (Rusiya, Moldova, Ukrayna, Dnestryanı hakimiyyəti, ATƏT və ABŞ, Avropa Birliyi) formatında danışıqlarda böhrana tezliklə çarə tapılmalıdır”.
Qeyd edək ki, Nikolay Timofti bu ilin martında Moldova prezidenti seçilib. Onun Qərbyönümlü siyasətçi olduğu bildirilir.
Qeyd edək ki, Nikolay Timofti bu ilin martında Moldova prezidenti seçilib. Onun Qərbyönümlü siyasətçi olduğu bildirilir.
MDB
Putin: Zelenskinin legitimliyinə Konstitusiya Məhkəməsi cavab verməlidir
14:35
17 may 2024
Putin: Ukrayna ilə bağlı sülh danışıqlarına hazırıq, lakin İsveçrədəki konfransa dəvət edilmədik
14:26
17 may 2024
Putin: Rusiya hazırda Xarkovu ələ keçirməyi planlaşdırmır
14:12
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu açılıb
13:21
17 may 2024