Belarus MSK seçkilərin nəticələrini təsdiqləyib
28 sentyabr 2012 11:19 (UTC +04:00)
Bakı-APA. Belarus Mərkəzi Seçki Komissiyası parlamentin aşağı palatasına seçkilərin nəticələrini təsdiqləyib. APA-nın məlumatına görə, MSK 109 deputatın hamısını qeydə alıb. MSK rəhbərliyi seçkilərlə bağlı quruma 150 şikayətin daxil olduğunu deyib. Şikayətlərdən biri seçki dairəsində səslərin yenidən sayılması ilə bağlıdır. MSK bu şikayətə baxmaqdan imtina edib. Bundan başqa seçkilərin nəticələrinin qanunsuz sayılması ilə bağlı 27 şikayət daxil olub ki, onlardan 6 şikayət araşdırılır.
MDB
Zelenski Makronun "Olimpiya atəşkəsi" təklifini rədd edib
10:37
18 may 2024
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024