Bank Of Baku

Moskvada “Qədim Rusiyadan Rusiya Federasiyasına: Rusiya dövlətçiliyi tarixi” adlı elmi konfrans keçirilir

Moskvada “Qədim Rusiyadan Rusiya Federasiyasına: Rusiya dövlətçiliyi tarixi” adlı elmi konfrans keçirilir
# 28 sentyabr 2012 15:35 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında “Qədim Rusiyadan Rusiya Federasiyasına: Rusiya dövlətçiliyi tarixi” adlı ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən konfrans Rusiyada tarix ilinə və Rusiya dövlətçiliyinin 1150 illiyinə həsr olunub.

Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının Tarix-Filologiya elmləri şöbəsi tərəfindən birgə təşkil olunan konfransda Moskva və bütün Rusiyanın Patriarxı Kirill, Dövlət Dumasının sədri Sergey Narışkin, MDU rektoru Viktor Sadovniçi, MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva, Rusiya, Yaxın və Uzaq xarici ölkələrinin humanitar elmlər sahəsindəki görkəmli mütəxəssislər, federal hakimiyyət orqanı və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Patriarx Kiril çıxışında bildirib ki, keçmişsiz gələcək yoxdur: “Əsl dəyər başqa yolla deyil, ənənələrlə ötürülür”. Patriarx Kiril Rusiya cəmiyyətində və mədəniyyət sistemində “dəlicəsinə qərbləşmə”nin getdiyi barədə xəbərdarlıq edib: “Təqlid eləməyə dəyməz, çünki təqlid hər zaman orijinaldan pis olur. Əgər təqlidlə mədəniyyət qurmaq istəyisinizsə, bu, hər zaman orijinaldan geri qalacaq”.

MDU rektoru Viktor Sadovniçi Patriarx Kirilə MDU-nun fəxri doktoru diplomunu təqdim edib.

Sonra Dövlət Dumasının spikeri Sergey Narışkin konfransda hesabatla çıxış edib.

Tədbirdə Rusiya Elmlər Akademiyasının (REA) Arxeologiya İnstitutunun direktoru Nikolay Makarov, MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoliy Torkunov, MDU Dövəlt İdarəetmə fakultəsinin dekanı Vyaçeslav Nikonov, Ukrayna Milli Yaddaş İnstitutunun direktoru Vasiliy Soldatenko və REA Rusiya Tarixi İnstitutunun direktoru Yuriy Petrov hesabatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR