Bank Of Baku

Beynəlxalq müşahidəçilər Tiflisdə görüşlər keçirirlər

Beynəlxalq müşahidəçilər Tiflisdə görüşlər keçirirlər
# 30 sentyabr 2012 17:49 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Vahid Milli Hərəkat partiyasının nümayəndəsi David Bakradze və “Gürcü arzusu” blokundan Bidzina İvanişvili çıxış edib.

Çıxışçılar Gürcüstanda seçkiqabağı vəziyyət barədə danışıb, beynəlxalq missiyanın suallarını cavablandırıblar.

David Bakradze APA-ya açıqlamasında görüşdə müsbət, vacib və əhəmiyyətli fikir mübadiləsi aparıldığını bildirib. “Müşahidəçilər üçün çox vacibdir ki, onlar seçkinin necə başlandığını və necə sona çatdığını görsünlər. Mən ümidvaram ki, sabah parlament seçkiləri azad və demokratik başlayacaq, ədalətlə sona çatacaq. Bu indiki zamanda bizim üçün çox vacibdir. Bizə çox vacibdir ki, biz əsl tərəfdaşalarımızla birlikdə Gürcüstanda seçkilərin keçirilməsini təmin edək. Qeyd edim ki, seçkiqabağı kampaniyalar azad şəkildə keçirilib. Bütün partiyalara imkan verildi ki, özlərinin platformaları haqqında seçicilərə ətraflı məlumat versinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR