Bank Of Baku

Gürcüstan prezidenti səsvermədə iştirak edib

Gürcüstan prezidenti səsvermədə iştirak edib
# 01 oktyabr 2012 08:04 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident xanımı və kiçik oğlu ilə seçki məntəqəsinə gələrək səs verib. Səsvermədən əvvəl ölkə prezidenti jurnalistlərə açıqlama verib.

Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də parlament seçkilərinə səsvermə prosesində fəallıq hiss olunur. Marneuli seçki dairəsinin sədri Koba Asanidze APA-ya açıqlamasında bildirib ki, bölgədə 87 seçki məntəqəsi fəaliyyət göstərir. Marneuli seçki dairəsində 97 min seçici var. Rayonun Qızılhacılı, Araplı, Şulaveri, Görarxı, Sadaxlı, Dəmyə Görarxı və s. kəndlərində daha aktiv seçici fəallığı müşahidə olunur.

Hələlik seçkilər zamanı heç bir insident qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR