Bank Of Baku

İvanişviliyə Gürcüstanın baş nazir postunu tutmaq niyyətindədir

İvanişviliyə  Gürcüstanın baş nazir postunu tutmaq niyyətindədir
# 02 oktyabr 2012 00:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcü Arzusu” koalisiyasının lideri, milyarder Bidzina İvanişvili ümid edir ki, Gürcüstan vətəndaşlığını bərpa edəcək və baş nazir postunu tutacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın “9-cu kanal” televiziyasına müsahibəsində İvanişvili bildirib. Onun sözlərinə görə, o, seçkilərdə səs verməyib. “Bu siyahıdan mən istifadə etmədim və bir səs itirdik. Mən, Avropalıyam, özümə imkan vermədim ki, belə konstitusiyadan istifadə edim. İndi, bizim qələbəmiz təsdiq olunarsa, məhkəmə əsl məhkəməyə oxşayacaq. Ümid edirəm ki, mənə Gürcüstan vətəndaşlığı qaytarılacaq və parlamentdə baş nazir vəzifəsinə təsdiq olunacağam,” İvanişvili bildirib.
İvanişvili deyib ki, parlamentdə müxalifət üç fraksiyaya bölünəcək.
Bununla Gürcüstan parlamenti dörd partiyalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR