AŞ PA-da 7 ildən sonra Rusiya ilə bağlı qətnamə qəbul olunub
Bu gün qəbul olunmuş hesabatda AŞ PA əsasən, Rusiya rəhbərliyini, xüsusilə prezident Putini ölkədəki sistemi demokratikləşdirməyə çağırıb.
Assambleya Rusiyanın qısa zamandakı demokratik inkişafı baxımından hazırda əlverişli məqamda olduğunu və dəyişikliklər dinamikasındakı potensialının istifadəsi üçün konkret islahatlara ehtiyacı olduğunu bildirib.
Buna misal olaraq, AŞPA son dövürdə ölkədə baş verən seçkilərdən sonra yüz minlərlə insanın küçələrə çıxaraq etiraz etmələrini, dəyişiklik istəyən vətəndaş cəmiyyətindəki oyanışı və hökumətin islahatlar çağırışlarını dinləməsi kimi məsələləri qeyd edib.
Assambleyanın fikrincə, Rusiyada 2011-ci ilin dekabrından bəri qəbul olunmuş qanun layihələri, eləcə də siyasi partiyalar haqqında qanunun qəbul olunması, Seçki Məcəlləsinə edilmiş dəyişikliklər, ölkə qubernatorlarının seçilmələrinin bərpa edilməsi kimi məsələlər bütövlükdə sistemin liberallaşdırılması istiqamətində siyasi iradəni nümayiş etdirən pozitiv təşəbbüs kimi qiymətləndirilməlidir.
Eyni zamanda, Rusiyada bu il qəbul olunmuş bir neşə qanunlar və qərarlar avropalı parlamentarların narahatlığına səbəb olub. Buna misal kimi, diffamasiyaya görə cəzalandırma, “İnternet haqqında” qanun, sərbəst toplaşma və qeyri-hökumət təşkilatları haqqında qanunlara edilən dəyişikliklər xüsusi olaraq qeyd edilib.
Assambleya hesabatında qeyd edib ki, bu kimi xoşagəlməz məsələlər Rusiyadakı siyasi vəziyyətin ziddiyyətlilik dərəcəsini göstərir.
AŞ PA əsasən Rusiya hakimiyyətini tənqidçi müxalifətə və QHT-lərə qarşı edilən təyziq və təqiblərdən əl çəkməyə çağırıb.
AŞ PA Rusiyada pluralist demokratiyanın fəaliyyətinin yaxşılaşdırılması, hüququn aliliyinin və insan hüquqlarının gücləndirilməsi və digər öhdəliklərin yerinə yetirilməsi məqsədilə xüsusi tədbirlər planını həyata keçirməyə və əməkdaşlığa çağırıb.
AŞ PA bundan sonra da Rusiya üzrə monitorinqi davam etdirməyə də qərar verib və hesabat səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, Rusiya üzrə qəbul olunmuş bu sənəd Rusiyanın 1996-cı ildə Avropa Şurasına üzv olmasından sonra sayca üçüncü qətnamədir. Rusiya üzrə sonuncü qətnamə 7 il bundan əvvəl qəbul olunub.
MDB
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Xəbər Lenti
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
Monakoda törədilən partlayışda ukraynalı biznesmen və ailə üzvləri ağır yaralanıb - YENİLƏNİB
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri
Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət
Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Neft qiymətləri əvvəlki ticarət sessiyasındakı artımdan sonra enir
Paytaxtın iki rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub
DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb
Tramp ABŞ-da yanacağın qiymətlərinin aşağı salınmasını tələb edib
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO