Bank Of Baku

Dağıstanda dörd yaraqlı öldürülüb

Dağıstanda dörd yaraqlı öldürülüb
# 04 oktyabr 2012 15:38 (UTC +04:00)
Bakı – APA. Dağıstanda polislə atışmada dörd yaraqlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə Buynaqsk-Qızılyurd avtomobil yolunda baş verib.

Polis yoxlama məqsədilə “Mercedes” markalı maşına saxlamaq əmri verib. Buna cavab olaraq avtomobildən atəş açılıb. Baş verən atışmada maşında olan dörd nəfər öldürülüb. Polis əməkdaşlarından zərər çəkən olmayıb.

Avtomobilə baxış zamanı qranatomyot və avtomat tapılıb. Hazırda öldürülənlərin şəxsiyyəti dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR