Bank Of Baku

Mahaçqalada 3 terrorçu öldürülüb

Mahaçqalada 3 terrorçu öldürülüb
# 08 oktyabr 2012 18:51 (UTC +04:00)
Bakı-APA. Maxaçqalada «Qızılyurt» silahlı qruplaşmasından 3 terrorçu öldürülüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Milli Antiterror Komitəsi, ekstremistlərin Dağıstanın paytaxtında geniş miqyaslı terror aktı keçirməyi planlaşdırdığını bildirib. Baş vermiş atışmada iki polis əməkdaşı yaralanıb.

Bildirilir ki, əməliyyat zamanı polis əməkdaşları içərində terrorçular olan VAZ 2110 avtomobilini saxlamağa cəhd ediblər. Lakin avtomobildə olanlar hüquq mühafizə əməkdaşlarına silahlı müqavimət göstəriblər. Baş vermiş atışmada avtomobilin sürücüsü və iki sərnişin öldürülüb. Onların ikisinin şəxsiyyəti müəyyənləşib. Öldürülənlərdən biri ağır cinayətlərdə şübhəli bilinərək federal axtarışda olan “Qızılyurt” qruplaşmasının üzvü Arsen Abduraşidov və İbrahim İbrahimovdur. Onlar keçmişdə adam öldürmək, quldurluq, soyğunçuluq üstə məhkum olublar. Dəstə üzvləri Dağıstan sərhədçisini və bu ilin əvvəlində Qarabudağkənd rayonunda bir sahibkarı qətlə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR