Bank Of Baku

Sergey Sobyanin: «Moskvada yeni məscidlərin tikilməsinə ehtiyac yoxdur»

Sergey Sobyanin: «Moskvada yeni məscidlərin tikilməsinə ehtiyac yoxdur»
# 11 oktyabr 2012 20:41 (UTC +04:00)
Bakı-APA. Moskvada yeni məscidlərin tikilməsinə heç bir ehtiyac yoxdur. APA-nın məlumatına görə, Moskva meri Sergey Sobyanin bu fikirdədir. Onun sözlərinə görə, «Olimpiyskiy» idman kompleksinin yaxınlığındakı məscidə hər cümə günü kifayət qədər müsəlman toplaşır. «Yoxlama göstərdi ki, bu rayonda Moskvada yaşamayan insanlar toplaşırlar. Onların üçdə ikisinin Moskva qeydiyyatı yoxdur. Bunlar ya Moskva ətrafının sakinləri, ya da qeydiyyatsız mühacirlərdir. Ona görə də Moskvada yeni məscidlərin tikilməsinə ehtiyac olmasını fakt saymaq olmaz. Əgər məscidə moskvalılar, daimi burada yaşayan və qeydiyyatda olan insanlar getsəydilər, belə axın olmazdı», deyə mer bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR