Bank Of Baku

Gürcüstan parlamenti büdcəni təsdiqləməsə, prezident parlamenti buraxmaq və hökuməti istefaya göndərmək hüququ qazanacaq

Gürcüstan parlamenti büdcəni təsdiqləməsə, prezident parlamenti buraxmaq və hökuməti istefaya göndərmək hüququ qazanacaq
# 28 dekabr 2006 15:33 (UTC +04:00)
Gürcüstan parlamenti yanvarın 1-nə qədər dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləməsə, prezident qanunverici orqanı buraxmaq, hökuməti istefaya göndərmək və növbədənkənar seçki təyin etmək hüququ qazanacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, 2007-ci ilin dövlət büdcəsi layihəsi sabah üçüncü oxunuş üçün parlamentin müzakirəsinə çıxarılacaq. Büdcəni baş nazir Zurab Noqaideli təqdim edəcək. Qeyd edək ki, daha əvvəl büdcə layihəsinin son müzakirəsi dekabrın 27-nə nəzərdə tutulmuşdu. Ancaq hökumətin xahişi ilə müzakirə dekabrın 29-na təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR