Bank Of Baku

Suxumi gürcü-abxaz münaqişəsinin həllinə dair danışıqlardan iştirakdan imtina edib

Suxumi gürcü-abxaz münaqişəsinin həllinə dair danışıqlardan iştirakdan imtina edib
# 08 yanvar 2007 14:14 (UTC +04:00)
Tanınmamış Abxaziya Respublikası Qali rayonunun Çuburxindji kəndində gürcü-abxaz münaqişəsinin həllinə dair ənənəvi dördtərəfli görüşdə iştirakdan imtina edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş yanvarın 11-nə planlaşdırılsa da, onun baş tutacağı sual altındadır. Qali rayonu administrasiyasının sədr müavini Qiya Lomiyanın sözlərinə görə, abxaz tərəfi görüşdən imtinanı abxaz milisionerlərinin qətlə yetirilməsi ilə əsaslandırıb. Çuburxindji kəndində son belə görüş bir ay əvvəl keçirilib. Gürcü-abxaz münaqişə zonasında vəziyyət yanvarın 5-də yenidən gərginləşib. Bölgədə baş verən atışmada bir gürcü polisi öldürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR