Bank Of Baku

David Berdzenişvili: “Saakaşvilini müxalifətlə əməkdaşlığa Qərb məcbur edir”

David Berdzenişvili: “Saakaşvilini müxalifətlə əməkdaşlığa Qərb məcbur edir”
# 11 yanvar 2007 07:21 (UTC +04:00)
“Prezident Mixail Saakaşvilinin müxalifətlə əməkdaşlıq etmək təşəbbüsü Qərbin diktə etdiyi ideyadır”. Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna parlamentin deputatı, “Demokratik Cəbhə” müxalifət fraksiyasının lideri David Berdzenişvili verib. O, fraksiya üzvlərinin Təhlükəsizlik Şurasının toplantılarına qatılacağına şübhə ilə yanaşdığını deyib. “Hələlik mənə Təhlükəsizlik Şurasının toplantılarına qatılmaqla bağlı rəsmi dəvət göndərilməyib. Həmçinin bizim bu toplantılara hansı formada qatılacağımız da bəlli deyil”. Qeyd edək ki, dünən Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentin spikerini müxalifətlə əməkdaşlıq etməyə, müxalifətçi deputatları Təhlükəsizlik Şurasının toplantılarına qatılmağa çağırıb. Onun sözlərinə görə, müxalifət nümayəndələrinin Təhlükəsizlik Şurasının ölkənin ərazi bütövlüyü, təhlükəsizlik kursu və digər strateji məsələlərlə bağlı toplantılarında iştirak edə biləcəyini deyib. Bundan başqa prezident ölkənin yeni Konstitusiyasının hazırlanması üçün komissiya yaradılmasını, müxalifətin bu komissiyanın işində aktiv iştirak etməsini təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR