Bank Of Baku

Aslan Abaşidzeyə qiyabi olaraq 15 il həbs cəzası verilib

Aslan Abaşidzeyə qiyabi olaraq 15 il həbs cəzası verilib
# 22 yanvar 2007 14:12 (UTC +04:00)
Batumi şəhər məhkəməsi Acarıstan Muxtar Respublikasının keçmiş rəhbəri Aslan Abaşidzenin 15 il müddətinə azadlıqdan məhrum edilməsi və 99 milyon lari (57 milyon dollar) məbləğində cərimələnməsi barədə qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə A. Abaşidzeyə qarşı irəli sürülən xidməti vəziyyətindən sui-istifadə və dövlət vəsaitlərini mənimsəmə ittihamını əsaslı sayıb. Qeyd edək ki, Aslan Abaşidze hazırda Rusiya ərazisində yaşayır. O, 2004-cü ilin mayında bu ölkəyə qaçıb. Onun məhkumluq müddəti yaxalandıqdan sonra hesablanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR