Bank Of Baku

İqor Georqadze Fondunun rəhbəri İrina Sarişvili azadlığa buraxılıb

İqor Georqadze Fondunun rəhbəri İrina Sarişvili azadlığa buraxılıb
# 06 fevral 2007 08:24 (UTC +04:00)
Gürcüstanın müxalifətdə olan Ümid Partiyasının lideri İrina Sarişvili bir neçə saat davam edən istintaqdan sonra azadlığa buraxılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, İrina Sarişvili dünən külli-miqdarda pul və qızıl məmulatı ilə Ermənistan-Gürcüstan sərhədində yerləşən Sadaxlı keçid-buraxılış məntəqəsində saxlanılıb. Sarişvili saxlanan zaman jurnalistlərə bildirib ki, qızıl ona deyil, əyləşdiyi taksinin sürücüsünə, pulların bir hissəsi isə yol yoldaşlarına məxsusdur. Sarişvilinin əyləşdiyi maşına baxış zamanı deklarasiyaya daxil edilməmiş 58.890 dollar, 7.200 rubl, 8 min erməni dramı, 26 türk lirəsi və 300 qram qızıl aşkarlanıb. Qanunvericiliyə əsasən, hər bir Gürcüstan vətəndaşı özü ilə ölkədən və ölkəyə 17 min dollar vəsait apara bilər. Qeyd edək ki, İrina Sarişvili həm də İqor Georqadze Fondunun rəhbəridir. Hazırda beynəlxalq axtarışda olan İqor Georqadze Rusiya ərazisində yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR