Bank Of Baku

ATƏT gürcü-osetin münaqişəsinin həlli ilə bağlı İstanbulda görüş keçirilməsini təklif edib

ATƏT gürcü-osetin münaqişəsinin həlli ilə bağlı İstanbulda görüş keçirilməsini təklif edib
# 15 fevral 2007 08:17 (UTC +04:00)
ATƏT-in Gürcüstandakı missiyası İstanbulda gürcü-osetin münaqişəsinin həlli üzrə Qarışıq Nəzarət Komissiyasının yığıncağının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Komissiyanın Cənubi Osetiyadan olan həmsədri Boris Çoçiyev APA-nın Gürcüstan bürosuna açıqlamasında bu informasiyanı təsdiqləyib. Komissiyanın son vaxtlar bir neçə iclası, o cümlədən İrəvanda keçirilməsi planlaşdırılan toplantısı baş tutmayıb. Münaqişə zonasında isə vəziyyət gərgin olaraq qalır. Cənubi Osetiyanın Mətbuat və İnformasiya Komitəsindən bildiriblər ki, osetin tərəfi hazırkı böhran vəziyyətindən çıxış yolu tapmaq üçün Qarışıq Nəzarət Komissiyasının yığıncağının təşkil olunmasını zəruri sayır: “İclasda indiki formatda birgə fəaliyyətin davam etdiriləcəyinə dair qərar qəbul olunmalı və növbəti yığıncağın vaxtı, yeri, gündəliyi müəyyən edilməlidir”. Gürcüstan tərəfi hələlik təklifə cavab verməyib. Qeyd edək ki, Qarışıq Nəzarət Komissiyasında Gürcüstan, Rusiya, Cənubi Osetiya və Şimali Osetiya təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR