Bank Of Baku

Türkiyənin daxili işlər naziri Gürcüstanda rəsmi səfərdədir

Türkiyənin daxili işlər naziri Gürcüstanda rəsmi səfərdədir
# 15 fevral 2007 16:30 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Əbdülqadir Aksu Gürcüstanda rəsmi səfərdədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu gün türkiyəli nazir gürcü həmkarı Vano Merabişvili ilə görüşüb. Görüşdə Türkiyə və Gürcüstan daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair kommünike imzalanıb. Kommünikedə Batumi hava limanının təhlükəsizliyinin hər iki ölkə birlikdə təmin edilməsi də nəzərdə tutulur. Xatırladaq ki, Türkiyə şirkətləri tərəfindən yenidən qurulan Batumi aeroportu bu ilin yazında açılacaq. Ə. Aksu baş nazir Zurab Noqaidelinin də qəbulunda olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR