Bank Of Baku

Mixail Saakaşvili ölkənin gömrük və nəqliyyat orqanlarının rəhbərlərini vəzifəsindən azad edib

Mixail Saakaşvili ölkənin gömrük və nəqliyyat orqanlarının rəhbərlərini vəzifəsindən azad edib
# 21 fevral 2007 11:50 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin gömrük departamentinin rəisi Zurab Antelidze və Nəqliyyatın Tənzimlənməsi üzrə Milli Komissiyanın sədr əvəzi Aleksandr Çxikvadzeni tutuduqları vəzifədən azad edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün səhər hökumətin iclasında çıxış edən prezident Saakaşvili nazirlərə “Opiza” gömrük terminalına getməyi və orada baş verənləri gözləri ilə görməyi təklif edib. Hökumət üzvlərinin iştirakı ilə terminala baxış keçirən Saakaşvili dərhal gömrük departamentinin rəisi Zurab Antelizdenin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Bundan başqa Mixail Saakaşvili Nəqliyyatın Tənzimlənməsi üzrə Milli Komissiyanı korrupsiyaya uğramış qurum adlandırıb. Prezidentin şifahi sərəncamı ilə komissiyanın bütün üzvləri vəzifələrindən azad olunub, bina isə möhürlənib. Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan Nəqliyyatın Tənzimlənməsi üzrə Milli Komissiyanın sədri Aleksandr Çxikvadze hökumətin iclasından dərhal sonra xəstəxanaya aparılıb. Xoleçistit sancması diaqnozu qoyulan Çxikidzenin səhhətinin ağır olduğu bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR