Bank Of Baku

Mixail Saakaşvili Kosovo məsələsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələrinin eyniləşdirilməsinə etiraz edib

Mixail Saakaşvili Kosovo məsələsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələrinin eyniləşdirilməsinə etiraz edib
# 27 fevral 2007 08:47 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili Kosovo məsələsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələri arasında paralellər aparılmasına etiraz edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Havyer Solana ilə görüşündən sonra onunla birlikdə mətbuat konfransı keçirib. O bildirib ki, Kosovonun statusunun müəyyənləşdirilməsi ilə Cənubi Osetiya və Abxaziya problemlərini müqayisə edənlər ya yanılır, ya da öz siyasi maraqlarından çıxış edirlər. Prezidentin sözlərinə görə, Cənubi Osetiya və Abxaziyada separatçı qruplar əhalinin əksəriyyəti tərəfindən dəstəklənmir, Kosovoda isə alban çoxluq müstəqilliyə can atır. Gürcüstanın öz ərazisinin hansısa hissəsinin ayrılması ilə heç vaxt razılaşmayacağını vurğulayan M. Saakaşvili ümid etdiyini bildirib ki, separatçılarla danışıqlar nəticə verəcək. Havyer Solana da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləyərək Avropa Birliyinin Cənubi Osetiya və Abxaziya problemlərinin həllinə kömək etməyə hazır olduğunu açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR