Bank Of Baku

Gürcüstan Rusiya sülhməramlılarının Abxaziyadan çıxarılması üçün iş aparır

Gürcüstan Rusiya sülhməramlılarının Abxaziyadan çıxarılması üçün iş aparır
# 28 fevral 2007 09:28 (UTC +04:00)
Gürcü diplomatiyası Abxaziyadakı Rusiya sülhməramlılarının çoxmillətli neytral qüvvələrlə əvəzlənməsi üçün beynəlxalq ictimaiyyətlə fəal iş aparır. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bəyanatla xarici işlər naziri Gela Bejuaşvili çıxış edib. Rusiya sülhməramlılarının tərəfsiz olmadığını vurğulayan nazir bir sıra ölkələrin Gürcüstanda sülhməramlı əməliyyatlara qoşulmaq niyyətini alqışlayıb. O, konkret ölkə adı çəkməsə də, söhbətin Ukrayna, Latviya və Estoniyadan getdiyi məlumdur. G. Bejuaşvili indiki vəziyyətlə barışmağın mümkün olmadığını bildirib: “Hazırkı sülhməramlı missiya sülhə xidmət etmir, sadəcə, regionda sərhəd qüvvələri funksiyasını yerinə yetirir. Bizə belə sülhməramlılar lazım deyil. Biz elə qüvvələr istəyirik ki, Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində problemin həllinə kömək etsin”. G. Bejuaşvilinin sözlərinə görə, Rusiya sülhməramlılarını əvəz edəcək qüvvələr BMT, ATƏT və ya Avropa Birliyi mandatı altında fəaliyyət göstərməlidir.
Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenko Abxaziyaya sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bildirib. Abxaz separatçıları isə qətiyyətlə buna qarşı çıxırlar. Separatçıların lideri Sergey Baqapş deyib ki, Ukrayna sülhməramlılarının münaqişə zonasına yerləşdirilməsi gürcü qoşunlarının əraziyə yeridilməsinə bərabər hadisə olardı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR