Bank Of Baku

Sabah Viktor Yuşşenkonun Gürcüstana iki günlük rəsmi səfəri başlayır

Sabah Viktor Yuşşenkonun Gürcüstana iki günlük rəsmi səfəri başlayır
# 28 fevral 2007 10:47 (UTC +04:00)
Sabah Ukrayna prezidenti Viktor Yuşşenkonun Gürcüstana iki günlük rəsmi səfəri başlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hələlik Ukrayna dövlət başçısının səfərinin proqramı açıqlanmayıb. Viktor Yuşşenkonun Tiflisin mərkəzində ucaldılmış Taras Şevçenko abidəsinin açılış mərasimində iştirakı gözlənilir, bundan başqa prezident Mixail Qruşevski adına Gürcüstan-Ukrayna məktəbinə də baş çəkəcək. Ukraynanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktəbə Mixail Qruşevskinin adının verilməsi Ukraynanın ilk prezidentinin 1880-1886-cı illərdə Gürcüstanda yaşaması və Tiflis gimnaziyasında təhsil alması ilə əlaqədardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR