Bank Of Baku

Polşanın xarici işlər naziri Gürcüstanda yeni enerji dəhlizi layihəsini müzakirə edib

Polşanın xarici işlər naziri Gürcüstanda yeni enerji dəhlizi layihəsini müzakirə edib
# 28 fevral 2007 12:13 (UTC +04:00)
Tiflisdə səfərdə olan Polşanın xarici işlər naziri Anna Fotiqa gürcü həmkarı Gela Bejuaşvili ilə apardığı danışıqlarda enerji təhlükəsizliyi məsələlərini müzakirə edib. Müzakirələrdə yeni enerji dəhlizi layihəsinə də toxunulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gela Bejuaşvili jurnalistlərə bildirib ki, həmkarına Gürcüstanın bu istiqamətdə Polşa, Azərbaycan, Ukrayna və Mərkəzi Asiya ölkələri ilə ciddi iş aparacağını bildirib. Tərəflər Polşa prezidenti Lex Kaçinskinin Gürcüstana aprelin 15-16-da edəcəyi səfərlə bağlı hazırlıq işlərini müzakirə ediblər. G. Bejuaşvilinin sözlərinə görə, A. Fotiqa ilə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası, Qara dəniz regionundakı vəziyyət, Gürcüstanın Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə münasibətlərini də müzakirə ediblər. O, həmçinin bildirib ki, Gürcüstan 2007-ci ildə Polşada enerji sammitinin keçirilməsi ideyasını dəstəkləyir və tədbirin uğurla keçməsinə hər cür yardım edəcək.
Qeyd edək ki, A. Fotiqa bu axşam Azərbaycana gələcək, sabah isə Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR