Bank Of Baku

Zviad Qamsaxurdiyanın cəsədinin qalıqları Qroznıdan Tiflisə gətirilib

Zviad Qamsaxurdiyanın cəsədinin qalıqları Qroznıdan Tiflisə gətirilib
# 28 mart 2007 09:36 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, xüsusi avtomobillə “Yuxarı Lars” sərhəd məntəqəsindən keçməklə Tiflisə gətirilən qalıqlar hazırda Qamsaxurdiyanın Tiflisin mərkəzindəki evində saxlanılır. Günorta saatlarında cəsədin qalıqları Müqəddəs Üçlük kilsəsinə aparılacaq və Ümumgürcüstan katalikos-patriarxı II Iliya mərhumun ruhuna dualar oxuyacaq. Qamsaxurdiyanın cəsədinin qalıqları martın 31-də Mtaçminda dağındakı məzarlıqda atasının qəbrinin yanında torpağa tapşırılacaq. Qeyd edək ki, Zviad Qmasaxurdiya 1991-1992-ci illərdə Gürcüstana rəhbərlik edib. 1992-ci ilin fevralında baş verən vətəndaş müharibəsi zamanı Qamsaxurdiya ölkəni tərk edərək bir müddət Qroznıda yaşayıb. Növbəti bir il ərzində onun Gürcüstanda siyasi hakimiyyəti güc yolu ilə ələ keçirmək cəhdləri iflasa uğrayıb və Zviad Qamsaxurdiya Gürcüstanın qərbində dağlıq ərazidə gizlənmək məcburiyyətində qalıb. 1993-cü il dekabrın 31-də Qamsaxurdiya sığınacaq tapdığı Çalencixsk rayonunun Cixaşxari kəndində özünü güllələyərək intihar edib. 1994-cü ilin fevralında ailəsinin təkidi ilə Zviad Qamsaxurdiyanın cəsədi Qroznıya gətirilərək orada dəfn olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR