Bank Of Baku

Gürcüstanda 26 May Müstəqillik günü qeyd olunur

Gürcüstanda 26 May  Müstəqillik günü qeyd olunur
# 26 may 2007 10:34 (UTC +04:00)
Bu gün Gürcüstanda 26 May Müstəqillik günü qeyd olunur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsas bayram tədbiri Rustaveli prospektində hərbi parad yerli vaxtla saat 12:00-da başlayacaq. Hərbi paradda 11 500 hərbçinin, 245 ədəd texnikanın, 40 təyyarə və vertolyot iştirak edəcək. Tiflisin mərkəzi meydanı üzərində 4 “İrokez” tipli 4 vertolyot, 14 “Mİ-8” vertolyotu, 8 “Mİ-24” vertolyotu, 10 “SU-25” hücum təyyarəsi və 4 “L-39” döyüş təyyarəsi uçacaq.
Gün ərzində Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə Qara dəniz Universitetinin binasının təməlini qoyacaq, paytaxtın mərkəzindəki Mziuri parkında Qızılgül abidəsinin, həmçinin Batumidə Türkiyənin “TAV Urban” şirkəti tərəfindən inşa olunmuş yeni beynəlxalq aeroportun açılış mərasimində iştirak edəcək. Bayram tədbirlərinə məşhur italyan müğənnisi Toto Kutunyo Tiflisin Azadlıq meydanında verəcəyi konsertlə yekun vuracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR