Bank Of Baku

Gürcüstanla Rusiya arasında hava əlaqəsi bərpa olunur

Gürcüstanla Rusiya arasında hava əlaqəsi bərpa olunur
# 20 iyun 2007 12:53 (UTC +04:00)
Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin bərpasına hazırlıq gedir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Rusiya səfiri Vyaçeclav Kovalenko hazırda xüsusi işçi qrupun bu məsələ üzərində çalışdığını açıqlayıb. O bildirib ki, məsələ ilə bağlı bu yaxınlarda razılıq əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya-Gürcüstan münasibətləri gərginləşdikdən sonra iki ölkə arasında birbaşa hava əlaqəsi kəsilib. Hazırda Gürcüstan vətəndaşları Azərbaycan və ya Ermənistandan keçməklə Rusiyaya gedə bilirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR