Bank Of Baku

Gürcüstan müxalifəti Ahıska türklərinin geri qaytarılması ilə bağlı qanunun qəbulunun təxirə salınmasını tələb edir

Gürcüstan müxalifəti Ahıska türklərinin geri qaytarılması ilə bağlı qanunun qəbulunun təxirə salınmasını tələb edir
# 21 iyun 2007 10:16 (UTC +04:00)
Sabah Gürcüstan parlamentində Ahıska türklərinin tarixi vətənlərinə qaytarılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlanacaq. Parlamentin mətbuat xidmətindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, müzakirə ərəfəsində spiker Nino Burcanadze müxalifət nümayəndələri ilə qapalı görüş keçirib.
Qeyd edək ki, Gürcüstan müxalifəti Ahıska türklərinin geri qaytarılması ilə bağlı qanunun qəbulunu bir neçə ilə təxirə salmağı tələb edir. Onların fikrincə, türklərin qayıdışı yalnız ölkə daxilində mövcud olan etnik problemlərin həllindən sonra reallaşa bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR