Bank Of Baku

Gürcüstanda uşaq alveri ilə məşğul olan cinayətkar qrupun üzvləri yaxalanıb

Gürcüstanda uşaq alveri ilə məşğul olan cinayətkar qrupun üzvləri yaxalanıb
# 22 iyun 2007 08:49 (UTC +04:00)
Gürcüstan Maliyyə Nazirliyinin vergi xidmətinin Tiflis Baş İstintaq Departamentinin əməkdaşları Poti şəhərində uşaq alveri ilə məşğul olan 5 nəfəri yaxalayıblar. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Baş İstintaq Departamentinin rəisi Ramaz Nikolaişvili yaxalananların yetkinlik yaşına çatmamış uşağı satmaq ittihamı ilə həbs edildiyini açıqlayıb. Bunlar Tiflisdə yaşayan vəkil Sisino Şakaraşvili, onun həyat yoldaşı David Kvikviniya, uşağın Potidə yaşayan anası Nazi Siçinava, nənəsi Eliko Kukutaliya və Lamara Beraya adlı şəxslərdir: “Bizdə Nazi Siçinavanın yeni doğulmuş uşağını 3 min dollara satmağa hazırlaşdığı barədə operativ informasiya vardı. Ona bu işdə anası kömək edirdi. Təəssüf ki, bu informasiya özünü doğrultdu. Ana və nənə uşağı doğum evindən çıxardıqdan sonra onu vasitəçilərin köməyi ilə 3 min dollara satdılar. Ancaq bu məbləğin cəmi 400 dolları onlara çatıb, qalanını vasitəçilər öz aralarında bölüblər”. R. Nikolaişvilinin sözlərinə görə, S. Şakaraşvili və yoldaşı bir müddət əvvəl Tiflisdə övlad sahibi ola bilməyən bir ailəyə 3 min dolların əvəzində uşaq gətirməyə söz veriblər. Onlar Potidə yaşayan L. Beraya ilə əlaqə yaradaraq ona 1300 dollar vəd edib, bu işdə vasitəçilik etməsini istəyiblər. L. Beraya isə öz növbəsində E. Kutaliya və N. Siçinavanı taparaq niyyətini bildirib. Onlar da 400 dolların müqabilində uşağı L. Berayaya veriblər. Hüquq-mühafizə orqanları uşağı cinayətkar şəbəkənin əlindən alaraq uşaq evinə veriblər. R. Nikolaişvili deyib ki, ən ağır cəzaya uşağın anası N. Siçinava layiq görüləcək. Onu 11 ildən 15 ilə qədər həbs gözləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR