Bank Of Baku

Gürcüstanda David Qareci monastırının Rustavi yaxınlığındakı 70 hektarlıq ərazi ilə mübadilə ediləcəyi barədə söhbətlər yayılıb

Gürcüstanda David Qareci monastırının Rustavi yaxınlığındakı 70 hektarlıq ərazi ilə mübadilə ediləcəyi barədə söhbətlər yayılıb
# 23 iyun 2007 08:32 (UTC +04:00)
Mənbə bildirib ki, Kvemo-Kartli regionunda böyük torpaq sahəsinin azərbaycanlı sərmayəçilərə verilməsi ilə bağlı məsələ Kvemo-Kartli qubernatoru və Rustavi merinin Bakıya səfəri zamanı müzakirə olunub. Adı çəkilən torpaq sahəsi iyunda auksionda satışa çıxarılacaq. Həmin ərazidə müasir tipli yaşayış sahəsinin tikintisi nəzərdə tutulur. “Demokratik cəbhə” fraksiyasının liderlərindən David Dzidziquri APA-nın Gürcüstan bürosuna bildirib ki, əgər iş adamlarında böyük maraq doğuran həmin ərazi Azərbaycana satılsa o zaman rəsmi Bakının Gürcüstanla sərhəddəki mübahisəli ərazilərə heç bir iddiası qalmayacaq. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, Azərbaycanın David Qareci monastırının yerləşəcəyi ərazini hansısa başqa ərazi ilə mübadilə edəcəyi barədə məlumatlar əsassızdır: “Bu, ciddi söhbət deyil, buna görə bu məsələyə şərh vermək istəmirəm. Azərbaycan heç zaman öz torpaqları ilə alver etməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR