Bank Of Baku

Gürcüstan hökuməti Axısxa türklərinin repatriasiyası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Gürcüstan hökuməti Axısxa türklərinin repatriasiyası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib
# 23 iyun 2007 09:44 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, qanun layihəsində söhbət Gürcüstanda yaşayan Axısxa türklərinin Orta Asiyaya sürgün edilməsinin nəticələrinin aradan qaldırılmasından gedir. Hakim “Vahid Milli Birlik” fraksiyası tərəfindən təklif olunmuş qanun layihəsində repatriantların siyahısı müəyyənləşib. Bu status Orta Asiyaya sürgün edilənlərin həyat yoldaşlarına, övlad və nəvələrinə də şamil ediləcək. Qanun layihəsinə əsasən, Gürcüstana qayıtmaq istəyən repatriantlar 2009-cu il yanvarın 1-nə kimi öz sənədlərini yaşadıqları ölkədə yerləşən Gürcüstan səfirliklərinə təqdim etməlidir. Müraciət edən şəxsə repatriant statusunun verilməsinə fərdi qaydada yanaşılacaq. Gürcüstana qayıtmaq istəyən Axısxa türkləri yaşadıqları ölkənin vətəndaşlığından imtina etməli, gürcü dili, tarixi və Konstitusiyasından test imtahanı verməlidir. Gürcüstan hökuməti repatriantlara münasibətdə öz üzərinə heç əmlak və maliyyə öhdəliyi götürmür, qanun layihəsinə görə öz yurdlarına qayıtmaq istəyən insanlara öz vəsaitləri ilə ev və torpaq sahəsi almağa şərait yaradılacaq. Qeyd edək ki, Gürcüstan 2011-ci ilə kimi Axısxa türklərinin öz yurdlarına qaytarılması ilə bağlı Avropa Şurası qarşısında öz üzərinə öhdəlik götürüb. Bununla bağlı yaradılmış müvafiq dövlət komissiyasının hesablamalarına görə, hazırda Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Ukraynada təqribən 300 min Axısxa türkü yaşayır, onlardan 40 min nəfəri öz yurdlarına qayıtmaq istədiklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR