Bank Of Baku

Ahıska türkləri repatriasiya qanunundan narazıdır

Ahıska türkləri repatriasiya qanunundan narazıdır
# 21 iyul 2007 10:48 (UTC +04:00)
Ahıska türkləri repatriasiya qanunundan narazıdır. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Beynəlxalq Ahıska Türk Dərnəkləri Federasiyasının sədri Yunis Zeyrek Gürcüstan parlamentinin qəbul etdiyi və 1944-cü ildə Ahıskadan sürgün edilmiş insanların repatriasiyasını nəzərdə tutan qanunun gözdən pərdə asmaq məqsədi güddüyünü deyib. Onun sözlərinə görə, gələn il yanvarın 1-dən qüvvəyə minəcək bu qanun qənaətbəxş deyil və Ahıska türkləri üçün ümidlərin boşa çıxmasıdır: “Çünki bu qanun ahıskalıların Ahıskaya deyil, Gürcüstanın müxtəlif gürcü kənd və qəsəbələrinə gətirilməsini ehtiva edir. Üstəlik, kvota tətbiq edərək ildə yüz ailənin gətirilməsi, ad dəyişdirilməsi və türk kimliyindən qəti şəkildə istifadə edilməməsi kimi qəbuledilməz şərtlər irəli sürülüb. Əslində bu qanun Avropa Şurasını təmin etmək üçün qəbul edilib”. Y. Zeyrek bəyan edib ki, Gürcüstan parlamentinin qəbul etdiyi sənəd türklərin vətənə qayıtması məqsədini daşımır və burada bir çox mənfi cəhətlər mövcuddur: “Gürcüstan bildiyini etdi. Ahıskalılar üçün bunun sevinməli bir tərəfi yoxdur. Ahıska türkləri dünyada vətənsiz yaşayan bir icma olaraq yaşamağa davam edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR