Bank Of Baku

David Bakradze münaqişələrin nizamlanması üzrə dövlət naziri təyin olunub

David Bakradze münaqişələrin nizamlanması üzrə dövlət naziri təyin olunub
# 21 iyul 2007 11:12 (UTC +04:00)
Gürcüstanın baş naziri Zurab Noqaideli Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin nizamlanması üzrə yeni dövlət naziri təyin edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu posta parlament çoxluğunun nümayəndəsi, Avrointeqrasiya üzrə komitənin rəhbəri David Bakradze təyin olunub. Qeyd edək ki, D. Bakradze əvvəllər Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında, həmçinin Milli Təhlükəsizlik Şurasında çalışıb. 2004-cü ildə “Milli Hərəkat Demokratlar” blokundan parlamentə seçilib. Münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifəsindən istefa verən Merab Antadze isə xarici işlər nazirinin müavini təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR