Bank Of Baku

Gürcüstanda nazirlərin dövlət hesabına müalicə edilməsinə qadağa qoyulacaq

Gürcüstanda nazirlərin dövlət hesabına müalicə edilməsinə qadağa qoyulacaq
# 26 iyul 2007 09:21 (UTC +04:00)
Gürcüstanda nazirlərin dövlət hesabına müalicə olunması qaydası ləğv ediləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu qərarı prezident Mixail Saakaşvili hökumət üzvləri ilə görüşündə açıqlayıb. Prezident bildirib ki, bu yaxınlarda qaçqın və köçkünlərin işi üzrə nazir Georgi Xeviaşvili Səhiyyə Nazirliyinə məktub göndərərək səhhəti ilə bağlı problemi həll etmək üçün 1270 avro maddi yardım istəyib və səhiyyə naziri Lado Çipaşvili məktubu müsbət cavablandırıb. Bu qərarı kəskin tənqid edən prezident bildirib ki, nazirlər yüksək əmək haqqı aldıqlarına görə, özlərini öz vəsaitləri hesabına müalicə etdirə bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR