Bank Of Baku

Gürcüstan Rusiyanı təcavüzkarlıqda ittiham edib

Gürcüstan Rusiyanı təcavüzkarlıqda ittiham edib
# 07 avqust 2007 09:11 (UTC +04:00)
Gürcüstanın hava məkanına daxil olan iki Rusiya hərbi təyyarəsindən biri kənd ərazisinə 700 kiloqramlıq bomba atıb. Ancaq bomba partlamayıb. Gürcüstanın daxili işlər naziri Vano Merabişvili bunu təcavüz aktı kimi qiymətləndirib: “Bizim radarlar göstərib ki, qırıcılar Rusiya tərəfdən gəlib və həmin istiqamətdə də geri dönüblər”. Rusiya tərəfi isə Gürcüstan tərəfinin iddialarını təkzib edib. Müdafiə Nazirliyinin İnformasiya və İctimai Əlaqələr İdarəsinin rəisi Vyaçeslav Sedov bildirib ki, avqustun 6-da nə gündüz, nə də axşam Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Gürcüstan ərazisi üzərində uçuş həyata keçirməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR