Bank Of Baku

Gürcüstan Rusiyaya nota verib

Gürcüstan Rusiyaya nota verib
# 07 avqust 2007 11:11 (UTC +04:00)
Bu gün Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko Xarici İşlər Nazirliyinə dəvət edilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, avqustun 6-da bas vermiş insidentlə əlaqədar səfirə rəsmi etiraz notası təqdim olunub. Hadisə ilə əlaqədar Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri də XİN-ə dəvət edilib. Onlar olayla bağlı məlumatlandırılacaq.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin hava məkanına daxil olan iki Rusiya hərbi təyyarəsindən birinin Tiflisdən 65 km şimal-qərbdə yerləşən Sitelubani kəndi ərazisinə 700 kiloqramlıq bomba atdığı barədə açıqlama yayıb. Ancaq bomba partlamayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR