Bank Of Baku

Rusiya səfiri Gürcüstanın ittihamlarını rədd edib

Rusiya səfiri Gürcüstanın ittihamlarını rədd edib
# 07 avqust 2007 11:55 (UTC +04:00)
“Rusiya təyyarələrinin Gürcüstanın hava məkanının pozulmasına heç bir aidiyyəti yoxdur. Mən bu ehtimalı istisna edirəm”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbəri görə, bu açıqlamanı Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşündən sonra verib. Səfir etiraz notası təqdim edilmək üçün çağırıldığı XİN-də ona Gürcüstan Hava Hücumundan Müdafiə Qüvvələri radarlarının qeydə aldığı məlumatların göstərildiyini deyib: “Bunların mənim üçün heç bir əhəmiyyəti yoxdur. “Su” təyyarələri bütün dünyada uçur. Bu təyyarələrdən Gürcüstanın özündə də var”. Gürcüstan Daxili İşlər Nazirliyinin aparat rəhbəri Şota Xizanişvili isə bildirib ki, avqustun 6-dan 7-nə keçən gecə iki “Su-24” hərbi təyyarəsi ölkənin hava məkanını pozaraq Cənubi Osetiya yaxınlığında yerləşən Sitelubani kəndi ərazisinə 3 ədəd “hava-yer” raketi buraxıb. O, təyyarələrin Rusiyaya məxsus olduğunu vurğulayıb. Ancaq Cənubi Osetiya separatçılarının başçısı Eduard Kokoyta təyyarələrin Gürcüstana məxsus olduğunu deyib. Onun sözlərinə görə, təyyarələr Cənubi Osetiya üzərində uçaraq Rusiyanı pis vəziyyətdə qoymaq üçün 2 bomba atıb. Ərazidə keşik çəkən Rusiya sülhməramlıları da təyyarələri gördüklərini, amma onların kimə məxsus olduğunu müəyyənləşdirə bilmədiklərini açıqlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR