Bank Of Baku

Metyu Brayza: “Hamı özünü Gürcüstan kimi aparmalıdır”

Metyu Brayza: “Hamı özünü Gürcüstan kimi aparmalıdır”
# 08 avqust 2007 08:52 (UTC +04:00)
“Biz Gürcüstana hücum edildiyini bilirik və bunu qətiyyətlə pisləyirik. Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini ciddi şəkildə dəstəkləyirik”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza deyib. O bildirib ki, Vaşinqton Gürcüstanın suveren ərazisinə hücuma görə kimin məsuliyyət daşıdığını deyə bilməz: “Amma bizim Gürcüstanın öz-özünü bombaladığını söyləməyə əsasımız yoxdur. Bununla bağlı ən kiçik sübut belə mövcud deyil”. M. Brayza Rusiyanı tənqid edərək bu tipli bəyanatların Gürcüstanla münasibətlərdə gərginliyi artırdığını və gürcü-osetin münaqişəsinin həllini çətinləşdirdiyini söyləyib. O, tutduğu mövqeyə görə rəsmi Tiflisi tərifləməyi də unutmayıb: “Gürcü tərəfinin cavabı təqdirəlayiqdir və Cənubi Osetiya münaqişəsinin siyasi yolla həlli üçün məhz bu lazımdır. Biz ümid edirik ki, hər kəs özünü Gürcüstan kimi mötədil aparacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR