Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əhaliyə yardım paylanılır

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əhaliyə yardım paylanılır
# 30 noyabr 2007 12:14 (UTC +04:00)
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əhaliyə yardım paylanmasına başlanıb. Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili APA-nın Gürcüstan bürosuna bildirib ki, yardımın tərkibinə 50 kq un və 5 m3 məbləğində taxta yanacaq daxildir. Yardım prezident proqramına əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. Z. Melikişvilinin sözlərinə görə, böyük şəhərlərin sakinlərindən müəllimlərə, bağça işçilərinə, kimsəsiz və əlillərə 100 lari (70 dollar)məbləğində vauçer veriləcək. Artıq azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda əhalinin çox hissəsi vauçerlərlə təmin olunub. Bundan başqa, qubernator yeni ildə Kənd Təsərrüfatı Nazirliyinin əhalinin kasıb təbəqəsinə 150 lari (93 dollar) dəyərində ərzaq məhsulu paylanacağını deyib. O, azərbaycanlıların suvarma ilə bağlı problemlərinin həlli üçün dövlət büdcəsindən 20 milyon dollar vəsait ayrıldığını və ilin əvvəlində suvarma kanallarının təmirinə başlanacağını bildirib: “Gələn il yolların kənarında yağış sularının axıdılması üçün kanalların çəkilişinə başlanacaq, bölgədə işsizliyin aradan qaldırılması üçün bir neçə zavod və fabrik açılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR