Bank Of Baku

Gürcüstanda prezidentliyə namizədlərin xeyrinə toplanan imzaların qəbulu başa çatdırılıb

Gürcüstanda prezidentliyə namizədlərin xeyrinə toplanan imzaların qəbulu başa çatdırılıb
# 06 dekabr 2007 16:49 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün yerli vaxtla saat 18.00-da prezidentliyə namizədlərin xeyrinə toplanan imzaların qəbulunu başa çatdırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Mixail Saakaşvilinin xeyrinə 205 min 555, Ümid Partiyasının lideri İrina Sarişvilinin xeyrinə 56 min 320, “Yeni sağlar” Partiyasının lideri David Qamkrelidzenin xeyrinə 165 min, “Azadlıq” Hərəkatının və birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladzenin xeyrinə 63 min, iş adamı Badri Patarkasişvilinin xeyrinə 202 min 170, “Gələcəyin Partiyası”nın lideri Giya Maisaşvilinin xeyrinə 68 min 986, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvilinin xeyrinə 75 min, seçicilərin təşəbbüs qrupunun namizədi Şalva Kupraşvilinin xeyrinə 50 min 500, Demokratik Həqiqət Partiyasının lideri Levan Kidzinidzenin xeyrinə 52 min, “Gürcüstanın əzəməti” Partiyasının lideri Georgi Şervaşidzenin xeyrinə 51 min 150, “Vahid Gürcüstan” Partiyasının lideri Avtandil Margianinin lideri 50 min 800, təşəbbüs qruplarının namizədləri Kartloz Qaribaşvilinin xeyrinə 52 min, Arçil İoselianinin xeyrinə isə 50 min imza toplanaraq MSK-ya təqdim edilib. Azərbaycanlı namizəd Fazil Əliyev və bu gün intihara cəhd etmiş Şalva Sersvadze imzalarını təqdim etməyiblər. Yaxın günlərdə MSK imzaları yoxlayacaq və dekabrın 11-nə qədər namizədlərin qeydiyyatını başa çatdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR