Bank Of Baku

Arkadi Patarkasişvilinin seçki qərargahına Zurab Jvaniyanın qardaşı başçılıq edəcək

Arkadi Patarkasişvilinin seçki qərargahına Zurab Jvaniyanın qardaşı başçılıq edəcək
# 25 dekabr 2007 12:11 (UTC +04:00)
Gürcüstan prezidentliyinə namizəd Arkadi Patarkasişvilinin seçki qərargahına sabiq baş nazir, mərhum Zurab Jvaniyanın qardaşı Georgi Jvaniya başçılıq edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə seçki qərargahının əməkdaşı Qoça Cocua məlumat verib. O bildirib ki, deputat Valeri Qelbaxianinin rəhbərlik etdiyi seçki qərargahı yarandığı gündən fövqəladə rejimdə fəaliyyət göstərib: “Prezidentliyə namizəd hakimiyyətin təqibləri üzündən ölkəyə gələ bilmir. Hakimiyyət yeni kompromat savaşına başladıqdan sonra isə Qelbaxiani də təhlükə altında qalıb. Ona görə də bir seçki qərargahına rəhbərliyi Georgi Jvaniyaya həvalə etdik”. Xatırladaq ki, V. Qelbaxiani dövlət çevrilişinə cəhddə ittiham olunur. O, hazırda ölkə xaricindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR