Bank Of Baku

Gürcüstanda prezident seçkiləri keçirilir

Gürcüstanda prezident seçkiləri keçirilir
# 05 yanvar 2008 10:32 (UTC +04:00)
Onlar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, “Yeni sağçılar” Partiyasının lideri David Qamkrelidze, Ümid Hərəkatının lideri İrina Sarişvili, “Azadlıq” Hərəkatının lideri Levan Qaçeçiladze, “Gələcəyin Partiyası”nın lideri Georgi Maisaşvili, iş adamı Arkadi (Badri) Patarkasişvili, Leyborist Partiyasının lideri Şalva Natelaşvilidir.
Seçkini 3447 məntəqədə ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB-dən 800-ə qədər beynəlxalq, 2000-ə qədər isə yerli müşahidəçi izləyəcək.
ATƏT-in Demokratiya və İnsan Haqları üzrə Bürosunun hazırda Tiflisdə olan mətbuat katibi Urdur Qunnarsdottir APA-ya açıqlamasında beynəlxalq müşahidəçilərin tərkibində ATƏT ekspertlərinin də seçkiləri izlədiyini söyləyib. O bildirib ki, seçkilərlə bağlı yekun rəylərini sabah yerli vaxtla saat 15.00-da Sheraton Metechi otelində keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlar. Konfransda ATƏT DİHB, ATƏT PA, Avropa Şurası Parlament Assambleyası, Avroparlamentin ekspertlərinin iştirakı ilə bağlı prezident seçkiləri ilə bağlı rəyi açıqlanacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, bu ölkənin vətəndaşları artıq səfirlikdə səsverməyə başlayıblar. Səfirlikdən onu da deyiblər ki, səsvermə prosesi saat 20.00-a qədər davam edəcək.
Qeyd edək ki, seçkilərin başlanmasından öncə müxalifətin namizədləri olan Ş. Natelaşvili və L. Qaçeçiladze seçkilərdə M. Saakaşvilinin qalib gələcəyi təqdirdə, prosesin saxtalaşdırdığını bildirəcəklərini və etiraz aksiyalarına başlayacaqlarını söyləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR