Bank Of Baku

Gürcüstandakı seçkilərdə ən yüksək aktivlik Yuxarı Abxaziyada qeydə alınıb

Gürcüstandakı seçkilərdə ən yüksək aktivlik Yuxarı Abxaziyada qeydə alınıb
# 05 yanvar 2008 13:13 (UTC +04:00)
Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda ən yüksək aktivlik qeydə alınıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katib İrakli Porkixidzenin APA-nın yerli bürosuna bildirib ki, saat 12.00-a olan məlumatlara görə, Bolnisi rayonunda seçicilərin 25.87%, yəni 52458 min seçicidən 13573-ü artıq seçkidə iştirak edib. Marneulidə bu göstərici 18.36%, Dmanisidə 16.58%, Qardabanidə 12.59%-dir.
Porkixidzenin sözlərinə görə, ən yüksək aktivlik Yuxarı Abxaziya bölgəsində qeydə alınıb. Bu bölgədə seçicilərin 46.64% artıq seçkilərdə iştirak edib. Seçicilərin ən zəif iştirakı isə Zalqa rayonunda (9.27%) və Tiflisin bəzi rayonlarında qeydə alınıb.
MSK mətbuat katibi baş verən qanun pozuntuları ilə bağlı araşdırma aparıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR