Mixail Saakaşvilinin inauqurasiya mərasiminin proqramı açıqlanıb
18 yanvar 2008 11:08 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, İsveç mərasimdə baş nazir, parlamentin sədri və xarici işlər naziri səviyyəsində təmsil olunacaqlar. İnauqurasiya mərasiminə Fransa, Almaniya və ABŞ hökumətlərinin üzvlərinin də qatılması gözlənilir. Tədbirə həmçinin NATO, Avropa Şurası və ATƏT-dən nümayəndə heyətləri qatılacaq. Böyük Britaniya isə inauqurasiya mərasimində bu ölkənin Cənubi Qafqaz respublikalarında xüsusi nümayəndəsi səviyyəsində təmsil olunacaq. İnauqurasiya mərasiminin proqramına uyğun olaraq tədbir iki gün davam edəcək. Mərasimin ilk günü Mixail Saakaşvili ota Rustaveli prospektində Gürcüstan Konstitusiyasına and içəcək, daha sonra isə burada hərbi paradın keçirilməsi nəzərdə tutulur. Hərbi paraddan sonra Tiflis Opera və Balet Teatrında qonaqların şərəfinə konsert və təntənəli qəbul mərasimi təşkil olunacaq. Yanvarın 21-də isə Mixail Saakaşvili Kutaisiyə yola düşəcək, burada yerləşən Çar Baqrat kilsəsində prezidentin gürcü ruhanilərinin iştirakı ilə daha bir andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulub. Bu mərasimə xarici nümayəndə heyətləri qatılmayacaqlar. /APA/
MDB
Ermənistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
23:31
27 aprel 2024
Zaxarova: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
22:24
27 aprel 2024
"Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib - VİDEO
21:50
27 aprel 2024
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
21:39
27 aprel 2024