Gürcüstan ordusu “Kalaşnikov”lardan imtina edərək, ABŞ istehsalı olan M4 avtomatları ilə silahlanmağa başlayıb
18 yanvar 2008 14:32 (UTC +04:00)
Bu gün Gürcüstan Silahlı Qüvvələrinin Qoridə NATO standartlarına uyğun inşa olunmuş hərbi bazasında ordunun sərəncamına verilən yeni avtomat silahın təqdimatı keçirilib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, təqdimat mərasimində iştirak edən Mixail Saakaşvili Gürcüstan Silahlı Qüvvələri üçün tarixi günün yaşandığını bildirib: “Biz ordunun Qərb istehsalı olan ən yaxşı silahlarla təchizatına başlayırıq. Ordumuzun sərəncamına NATO standartlarına cavab verən yeni hərbi texnika və artilleriya daxil olub. Bu gün biz dünyadakı ən yaxşı avtomat olan M4 avtomatlarına keçirik. Tədricən aviasiyamızı da Qərb standartlarına uyğunlaşdıracağıq”. M. Saakaşvili keçmiş sovet respublikalarının arasında ilk dəfə, eyni zamanda bu sürətlə məhz Gürcüstanın öz silahlarını dəyişməyə başladığını deyib: “Mən qürurla deyirəm ki, Gürcüstanın peşəkar orduya sahib olması üçün dörd il kifayət edib”. M. Saakaşvili hərbçilərə “Kalaşnikov” avtomatlarının əvəzində ABŞ istehsalı olan M4 avtomatlarını şəxsən təqdim edib. /APA/
MDB
Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb
22:04
7 may 2024
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
19:31
7 may 2024
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
17:05
7 may 2024
Belarus TŞ: Taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq
16:57
7 may 2024