Bank Of Baku

Terri Devis: “Gürcüstandakı seçkilər azad olsa da, ədalətli olmayıb”

Terri Devis: “Gürcüstandakı seçkilər azad olsa da, ədalətli olmayıb”
# 22 yanvar 2008 10:48 (UTC +04:00)
“Avropa Şurası, ATƏT və Avropa Birliyinin müşahidəçiləri Gürcüstanda keçirilən prezident seçkilərini müşahidə edib. Qısaca deyə bilərəm ki, Gürcüstandakı seçkilər azad olsa da, ədalətli olmayıb”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurasının baş katibi Terri Devis bu gün keçirdiyi mətbuat konfransında deyib. Gürcüstanda keçirilmiş seçkilərə dair sualı cavablandıran T. Devis bildirib ki, seçki kampaniyasında inzibati resurslardan Mixail Saakaşvilinin xeyrinə istifadə olunması ilə bağlı ciddi tənqidlər var: “Ancaq cənab Saakaşvili Gürcüstan xalqı tərəfindən seçilib. Bir neçə aydan sonra Gürcüstanda parlament seçkiləri də keçiriləcək. Hökumət seçkilərin bütün qəbul edilmiş standartlara uyğun keçirilməsini təmin etmək üçün tənqidlərdən nəticə çıxarmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR