“İmedi” teleşirkətinin əmlakına həbs qoyulub
25 yanvar 2008 13:52 (UTC +04:00)
Tiflis şəhər Məhkəməsi iş adamı Arkadi (Badri) Patarkasişvilinin təsisçisi olduğu “İmedi” teleşirkətinin əmlakına həbs qoyub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, teleşirkətin vəkili Şalva Şavqulidze “İmedi”nin səhmlərinin bütün 100%-nə həbs qoyulduğunu açıqlayıb və bunun səbəblərini şərh etmək istəməyib.
Qeyd edək ki, “İmedi” teleşirkətinin səhmlərinin hamısına sahib olan A. Patarkasişvili dövlət çevrilişinə cəhd və sui-qəsd hazırlığında ittiham olunur. Onun barəsində beynəlxalq axtarış elan edilib. “İmedi” televiziyası isə prezident seçkiləri ərəfəsində yayımını dayandırıb. /APA/

MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024