Bank Of Baku

Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb

Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb
# 31 yanvar 2008 11:56 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyananın Baş Mikrocərrahiyyə Mərkəzində Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, partiyanın mətbuat xidmətindən bildiriblər ki, əməliyyatı Avstriyanın aparıcı cərrahlarından olan professor Volner həyata keçirib.
Xatırladaq ki, prezidentliyə namizəd olmuş Ş. Natelaşvili 5 yanvar seçkilərindən bir neçə gün sonra ürəyindəki şikayətlərlə bağlı Tiflisin “Quli” klinikasına aparılıb. Gürcü həkimlərinin konsiliumunda onun xaricdəki aparıcı klinikalardan birinə göndərilməsi qərara alınıb. Almaniya və Fransada yaşayan gürcülər əməliyyat xərclərini ödəməyə hazır olduqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR